Amnesty İnternational: Dünyadakı edamların dörddə üçü İranın payına düşür

“Amnesty İnternational” təşkilatının dünya üzrə edamların sayı ilə bağlı son
hesabatı göstərir ki, 2023-cü ildə dünyada həyata keçirilən edamların
təxminən 75%-i İranda həyata keçirilib.
Bu hesabata görə, 2023-cü ildə İranda qeydə alınan edamların sayı 853
olub ki, bu da 2022-ci illə müqayisədə təxminən yüzdə 50 artıb və İran
Çindən sonra edam cəzasını tətbiq edən ölkələrin siyahısında birinci
yerdədir.
Bu hesabata görə, ötən il dünya üzrə ümumilikdə 1153 edam hadisəsi
qeydə alınıb ki, bu da 2015-ci ildən bəri ən yüksək rəqəmdir.
İranda dünya üzrə narkotik edamlarının yüzdə 42-nin qeydiyyatı
Bu hesabatda vurğulanır ki, 2023-cü ildə İranda narkotiklə əlaqəli
cinayətlərlə bağlı edamların sayı öncəki illə müqayisədə təxminən yüzdə 90
artaraq 255-dən 481-ə çatıb və dünyada qeydə alınan ümumi edamların
sayı , yüzdə 42 İranda narkotiklə bağlı edamlarla bağlıdır.
“Amnesty İnternational”ın yeni hesabatına görə, inqilabi məhkəmələrin
hökmləri əsasında azı 520 nəfər (qeyd edilmiş edamların yüzdə 61),
cinayət məhkəmələri hökmləri əsasında isə azı 317 nəfər (yüzdə 37) edam
edilib. 16 iş üzrə edam hökmlərinin hansı məhkəmələrdə çıxarıldığı bəlli
deyildi.
Edamların Bəluç azlığına təsiri
“Amnesty İnternational” İranda edamların bəluç azlığına təsirinə toxunaraq
bildirib ki, keçən il İranda bəluç azlığından ən azı 172 nəfər (166 ərkək və
altı qadın) edam edilib ki, bu da bütün qeydə alınmış edamların yüzdə 20-ni
təşkil edir. Buna baxmayaraq ki bəluçların İran əhalisinin yalnız beş faizini
təşkil edir.
İnsan haqları təşkilatları 2023-cü ilin mayında narkotik alverində və qətldə
günahlandırılan 20 bəluçun İran həbsxanalarında cəmi beş gün ərzində
edam edildiyini bildirdilər.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.