Əbülqasım Salavati – HAQQ TANIMAYAN HAKİM
Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları geniş yayılmış insan haqları pozuntularına görə 2011 və 2019-cu illərdə Salavatiyə sanksiya tətbiq edib.
Xarici mətbuata istinad edən Azerbaycan-ruznamesi.org bildirir ki, Fevral
ayının ilk həftəsində İran Azərbaycanı, eləcə də Əlburz, Tehran və Gilan
vilayətlərində saxlanılaraq Tehranın Evin həbsxanasına göndərilən 30-a
yaxın fəaldan bir neçəsinin həbsi hələ də davam edir.
Hüquqşünas Sina Yusufi Amerikanın Səsinə müsahibəsində 6 aya yaxındır
heç bir məhkəmə qərarı olmadan həbsdə olan bu fəalların vəziyyətini şərh
edib.
“6 ay öncədən təqribən 30 nəfərə yaxın tutulmuşdu müxtəlif şəhərlərdə və
indi Tahir Nəqəvi, Əbdüləziz Əzimi Qədim, Murtəza Pərvin, Ayaz Seyfxah,
Hüseyn Piri və Kərəm Mərdanə hələ müvəqqəti nəzarətdə saxlanılırlar. Yəni,
6 ay keçir və hətta iş təhqiqat mərhələsindən də çıxıb və məhkəmədədir.
Amma, hələ də müvəqqti nəzarət mülki zəmanətə çevirilməyib”, insan
haqları vəkili deyib.
Sözügedən fəalların işinə Tehran İnqilab Məhkəməsi 15-ci şöbəsinin hakimi
Əbülqasım Salavati baxır.
Yusufinin sözlərinə görə, “Salavati məşhur bir hakimdir. O cəhətdən
məşhurdur ki, nə vəkilə icazə verir ki, müdaxilə etsin, nə də müttəhimin
danışıb özünü müdafiə etməsinə icazə verir. O, xüsusilə də siyasi
dosyelərdə müttəhimlərə heç bir haqq tanımır”.
Siyasi fəallar və jurnalistlərə qarşı ağır cəzalar çıxarması ilə tanınan hakim
Salavati 2019-cu ilin dekabr ayında ABŞ-ın İran rəsmilərinə qarşı tətbiq
etdiyi sanksiya siyahısına daxil edilib.
Sina Yusufi: İran höküməti repressiyaya davam etdiyi üçün BMT
faktaraşdırıcı missiyasının da fəaliyyəti uzadılmalı idi
Vəkil fəalların təqribən bir həftə öncə keçirilən məhkəmə iclasına diqqət
çəkərək deyib ki, “dosye hətta vəkillərə belə göstərilməyib. Hətta Tahir
Nəqəvi və Əbdüləziz Əzimi Qədimin son məhkəməsində ki, hakim Salavati
gizli dəillərə istinad edib, onlar istəyiblər ki, bu sənədləri görsünlər, amma
hakim deyib ki, bunlar gizlidir və dosyenin eksperti ilə bunu məsləhət
etməlidir (bunlar müstəntiqə ekspert deyirlər). Yəni, demək olar ki, bu işin
arxasında məhkəmə orqanı deyil, təhlükəsizlik orqanlar var”.
Şərhlər bağlıdır.