Azərbaycan Demokrat Firqəsi- 80

"Xalqımız səadət yolunda"

İllər boyu əsarət və diktatorlar çəkmələri altında əzilmiş 5 milyonluq Azərbaycan
milləti demokrat firqəsinin rəhbərliyi nəticəsində Milli Hökumət yaratmaqla
bərabər, özünü əsarətdən xilas edib varlığını, rəşadət və ləyaqətini dünyaya
sübut etməklə azadlıq yollarını öz üzünə açdı.
Milli Hökumətin təşkilindən bəri bir az müddət içərisində Azərbaycanın bütün
nöqtələrində böyük islahatlar əmələ gəldi və xalqımız səadətə yetişdi.
Milli dövlətimiz bütün işlərin daha yaxşı tərz və üsulla idarə olunmasından və
xalqın savadlanmasından ötrü Azərbaycanın mərkəzi Təbriz şəhərində xüsusi
kurslar təşkil edib və bu kurslarda böyük fəaliyyətlər göstərilməkdədir. Bu
kurslardan birinci dərəcədə dəmir yol kursunu hesaba gətirmək olar.
Poçt, Teleqraf və Yol Nazirliyi tərəfindən 1946-cı ilin mart ayının 11-də 4
bölmədən (hərəkət, çərx, xətt, rabitə) təşkil olunmuş siniflərdə yüzlərlə tələbə
təhsillə məşğuldur və kurs rəhbərlərinin fəaliyyəti nəticəsində, habelə,
özlərindəki fitri azərbaycançılıq ləyaqəti olduğuna görə bir aydan yuxarı keçilən
dərsləri 2 aydan az müddət ərzində sona yetirib Azərbaycan xalqı üçün xidmət
və fədakarlığa hazır olmaqla bərabər, bu yaxın gələcəkdə Culfa-Təbriz dəmir
yol xəttinin tikintisini davam etdirəcəklər.
Məcid Vaizi,
“Azərbaycan” qəzeti, ADF orqanı, Təbriz, say 199, 15.05.1946
Təqdim etdi: Səməd Bayramzadə

Şərhlər bağlıdır.