SUVEREN AZƏRBAYCANIN ZƏFƏR GÜNÜ MÜBARƏK OLSUN!

2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biridir.

 

30 il əvvəl yaşanan vətən həsrətinə, nisgilinə 2020-ci il 8 noyabrda son qoyuldu. Bu tarix Qarabağa qovuşduğumuz tarixdir! Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. 8 noyabr Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin «Dəmir yumruq» əməliyyatı ilə xalqımızın, ordumuzun birliyinin, həmrəyliyinin şanlı tariximizə Zəfər günü kimi yazıldığı gündür .

SUVEREN AZƏRBAYCANIN ZƏFƏR GÜNÜ MÜBARƏK OLSUN!

 

Şərhlər bağlıdır.