Üçüncü gün ardıcıl olaraq, Tahir Naqavi və Vədud Əsədinin ailələri Evin zindanı qarşısında etiraz aksiyasını davam etdirirlər. Bu dəfə etirazçıların sırasına “Araz Aman”ın ailəsi də qoşulub.
Aksiya iştirakçıları məcburi aclıqda olan məhbusların vəziyyəti barədə şəffaf məlumat və rəsmi cavab tələb edirlər. Həbsxana əməkdaşları bəzi hallarda etirazı dayandırmağa çalışsalar da, ailələr bildirirlər ki, narahatlıqları onları dayanmağa məcbur etməyəcək.
Etiraz aksiyasına Azərbaycanlı fəallar və fəal ailələri də dəstək göstərirlər.
Şərhlər bağlıdır.