“Nüvə alimləri” də sahiblərinə milyonlarla dollar atırlar

İranda iki hindistanlı şəxs – Axtar Hüseyni Qutbuddin Əhməd və Adil
Hussaini – özlərini “nüvə alimləri” kimi təqdim edərək, ölkənin elmi və
təhlükəsizlik strukturlarını uzun müddət aldadıblar. Onlar İran Atom
Enerjisi Təşkilatına və bir sıra əlaqədar qurumlara nüvə silahı istehsalı
üzrə saxta texniki planlar satmaqla milyonlarla dollar qazanıblar.
Azerbaycan-ruznamesi.org Bakupost.az-a istinadən xəbər verir ki, məhkəmə
materiallarına əsasən, həmin şəxslər İrana təxminən iyirmiyə yaxın səfər
ediblər. Bu səfərlər zamanı onlar müxtəlif mərkəzlərdə təqdimatlar keçirərək,
saxtalaşdırılmış sənədləri “nüvə reaktor layihələri” kimi təqdim ediblər. Lakin
araşdırmalar nəticəsində məlum olub ki, sənədlər heç bir elmi və texniki dəyərə
malik olmayıb, uydurma terminlər və qondarma ekspertizalardan ibarət olub.
İstintaq zamanı müəyyən edilib ki, Axtar Hüseyni və Adil Hüseyni özlərini
Hindistanın Bhabha Atom Tədqiqat Mərkəzi (BARC) əməkdaşları kimi qələmə
veriblər. Onlar saxta şəxsiyyət vəsiqələri, akademik diplomlar və möhürlərdən
istifadə edərək, İran tərəfinin etimadını qazanıblar.
Qeyd olunur ki, onların fəaliyyətinə İranın təhlükəsizlik orqanları nəzarət
etməyə başladıqdan sonra məsələ ifşa olunub. Məlumatlara görə, həmin
şəxslər müəyyən vaxtda İsrail tərəfinin əlaqədar təşəbbüsləri ilə qarşılaşıblar,
lakin bu təmaslar rəsmi əməkdaşlığa çevrilməyib.
Hazırda hər iki şəxs Hindistanda həbsdədir və beynəlxalq səviyyədə
fırıldaqçılıq, saxtakarlıq və casusluğa cəhd maddələri ilə istintaq aparılır.
İran mediasında bu qalmaqal “elmi saxtakarlıqla milli təhlükəsizliyə zərbə” kimi
qiymətləndirilir və hadisə ölkənin nüvə proqramında daxili yoxlama
mexanizmlərinin zəifliyinə dair ciddi suallar doğurub.

Şərhlər bağlıdır.