O qanlı hadisədən 137 il keçir

1 MAY GÜNÜ dünya zəhmətkeşlərinin mübarizə və həmrəylik günüdür. O qanlı hadisədən 137 il keçir. Dünya işçiləri və Azərbaycan işçilərinə eşq olsun!

 

Bu gün dünyada baş verən müharibə və münaqişələrin ən ağır yükünü yenə siz zəhmətkeş insanlar daşıyırsız: cəbhədə döyüşən, arxa cəbhədə işləyən, iqtisadi çətinliklərə dözən və həyatını itirən əsasən fəhlə və sadə xalqdır. Tarix boyu, xüsusilə birinci və ikinci böyük müharibələrdə olduğu kimi, bu gün də qərarları verənlərlə onun nəticələrini yaşayanlar eyni deyil; zəhmətkeşlər həm maddi, həm də mənəvi baxımdan ən çox zərər görən təbəqə olaraq qalır.

Bu səbəbdən 1 MAY GÜNÜ münasibətilə bütün dünya zəhmətkeşlərini və Azərbaycan işçilərini təbrik edirik, onlara güc, birlik və ədalətli həyat arzulayırıq.

Azərbaycan Ruznaməsi

Şərhlər bağlıdır.