BU MƏSƏLƏ İLBOYU GÜNDƏMDƏ DAYANMALIDIR

SAXTA ERMƏNİ SOYQIRIMINI DƏSTƏKLƏYƏNLƏR DAİM İFŞA OLUNMALIDIR

Aprelin 24-dən sonra, yəni ABŞ prezidenti Co Baydenin bu ölkənin imicinə kəskin zərbələr vuran erməni soyqırımının olması barədə dilə gətirdiyi ifadələr ətrafında qınaqlar, kəskin etirazlar günümüzün özündə də səngimir. Həm o tayda, həm bu tayda söz sahibləri, mübariz insanlar, bir sözlə ictimaiyyət yenə obyektiv sözünü deməkdə, qınaqlarını, tənqidlərini səsləndirməkdədir. Bu çox yaxşı haldır ki, başqa illərdən fərqli olaraq indi məsələyə daha aktiv yanaşılır, xüsusilə gün olmur saxta erməni soyqırımı barədə dərin məzmunlu materiallar təqdim edilməsin.

Azerbaycan-ruznamesi.org saytının sizlərə təqdim etdiyi video görüntüdə İranda qondarma soyqırımını anım tədbirlərinin keçirilməsinə soydaşlarımızın münasibətləri işıqlandırılır. Belə həmrəylik alqışa layiqdir. İndi isə gəlin sujetlərə baxaq və çıxışları dinləyək.

 

Şərhlər bağlıdır.