KƏRBALADA İRAN KONSULLUĞUNA OD VURULDU

Kərbəla, Divaniyə, Zikar və Bağdadda qatillərinin tapılmasını tələb edən nümayişlər keçirilib.

Kütləvi informasiya vasitələri xəbər verir ki, onlar bu cinayətdə İranı günahlandırırlar. Hiddətlənən nümayişçilər Kərbəlada İran konsulluğu binasını yandırıblar.

Gecə saatlarına qədər davam edən nümayişlərdə iraqlı fəal İIhab Vaznini öldürən təcavüzkarların tapılması istənilib. Qəzəblənmiş izdiham “İran getsin” şüarı səsləndirərək konsulluq binasına od vurub, təkərlər yandırıb, yolları bağlayıblar.

Kərbəlanın təhlükəsizlik idarəsi vəziyyətin nəzarət altında olduğunu açıqlayıb. İraq hökuməti cinayətkarları tutmaq üçün hərbi qüvvələrin səfərbər olduğunu bildirib.

Onu da deyək ki, 2019-cu ilin oktyabrında İraqda işsizlik, korrupsiya və ictimai xidmət çatışmazlığı ilə əlaqədar hökumət əleyhinə nümayişlərə rəhbərlik edən fəal İIhab Vazni Kərbəladakı evinin yaxınlığında öldürülüb. Vazninin öldürüldüyü hücumun görüntüləri yayılandan sonra nümayişlər olub.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.