İRANDA PREZİDENT SEÇKİLƏRİ

Bu gündən namizədlərin qeydiyyatı başlayıb

İranda bu gün səhər saatlarından prezidentliyə namizədlərin qeydiyyatı başlayıb.

Azerbaycan-ruznamesi.org APA-nın Tehran bürosuna istinadən xəbər verir ki, namizədlərin siyahısına daxil olmaq üçün müraciətlər mayın 15-dək qəbul ediləcək.

Onu da bildirək ki, İranda 13-cü prezident seçkiləri iyunun 18-nə təyin olunub. Prezident seçkilərində iştirak etmək istəyənlərin yaşı 40-dan aşağı və 75-dən yuxarı ola bilməz. Qanunlara görə, seçkidə iştirak etmək istəyənlər qeydiyyatdan keçdikdən sonra İran Konstitusiyasının Mühafizə Şurası (Konstitusiya Qəyyumları Şurası) tərəfindən təsdiqlənməlidir.

Şura tərəfindən təsdiqlənən namizədlərin adları mayın 26-da açıqlanacaq. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

Şərhlər bağlıdır.