İsmayılı hardasa 30 ildir tanıyıram. Təbriz Universitetində fəhləlik elədiyim illərdə, Təbriz universitetində qoşuq axşamları qururdular. Məni də ara sıra oralara çağırardılar.
Onu bir qoşuqçu kimi tanımışdım, sən demə gözəl öyküləri də varmış.
Ayaq Üstü Ölülər öykü toplusunu bir sözlə, sevərək oxudum. Oxuduqca da sevgim çoxaldı.
Mən öyküçü deyiləm, ələşdirisini də kökündən bilmərəm. Bu yazı, kiçik bir tanıtımdır, siz də burada bir oxucu görüşünü oxuyursunuz.
İsmayılın öyküləri sizi surreal ortama daşıyır. Yol yeriyə yeriyə düşünən bir adamın dünən ölmüşlüyünü görə bilərsiniz.
Araz qırağına yoldaşıyla bitlikdə, qara naylon paket içində alkollu içgi ilə yenərək, stəkan stəkana vurub dərdləşən kişinin təkbaşına sərhədçilərə yaxalanmasını görə bilərsiniz.
İsmayıl sizi gözlənilməzlərə aparmır, o sizi çaşdırmaq ya şaşırtmaq belə istəmir.
Varağı çevirirsiniz, öykü, gündəlik bir ritm ilə başlayır. Zaman geriyə, qabağa, qabağa geriyə, indiyə dönə bilər ancaq olay varsa olay, yoxsa öyküləşənin öyküsü birdən yazıçının özünün hardasa özünün də bilmədiyi bir yerdə itirdiyi başı ola bilir. Bu da, sizi şaşırtmadığı üçün öykünün içində elə belə olarmış kimi alındığı üçün maraqlı alınır.
İsmayıl Xurrəmi, güclü yaradıcılıq bacarığına, gözəl qoşuqlar yazıb- yaratmışlığına, çap etdirdiyi bitiklərinə baxmayaraq mənim tanıdığım ən iddiasız, alçaqkönül, səssizcə yazıb-yardan, haşiyələrdən bütünlüklə uzaqda duran bir yazıçıdır.
Ayaq Üstə Ölülər bitiyini öykü sevən istənilən oxucuya önərə bilərəm. Oxuyub dadını çıxardacağınızdan arxayınam.
Hadi Qaraçay
Şərhlər bağlıdır.