TASS xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bəyan edib: respublikanın hökumətə ömürlük rəhbərlik haqqında qanunlara ehtiyacı yoxdur.
“Bu, göz qabağındadır. Əvvəllər belə qanunlar qəbul edilirdi. İndi isə onlara ehtiyac yoxdur. Bu barədə açıq danışmaq lazımdır. Hesab edirəm ki, gələcəkdə belə qanunlar qəbul edilməməlidir”, – deyə Tokayev “Qazaxstan” telekalına müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, növbəti prezident seçkilərində iştirakı barədə danışmaq hələ tezdir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.