Tarix: 23 fevral 2022-ci il
Xocalı soyqırımının 30 illiyi və mədəni insani soyqırımının 75 illiyi Xocalı soyqırımının Əziz oxucular, Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə 23 fevral 2022-ci ildə Clubhouse vasitəsi ilə “Xocalı soyqırımının 30 illiyi və mədəni insani soyqırımının 75 illiyi Xocalı soyqırım”-ı adlı konfrans baş tutdu. Konfrans Təbriz vaxtı ilə saat 19:30-da başlayaraq 3 saat davam etdi.
Konfrans Azərbaycan Demokrat Firqəsinin admini Rəhim bəy Şəhbazinin vasitəsiylə açılaraq Azərbaycan Demokrat Firqəsinin milli himni ilə canlı surətdə Ismayıl müəllim vasitəsiylə oxundu. Sonra Azərbaycan Demokrat Firqəsinin beynəlxalq əlaqələr məhsulu Abdulla Əmir Haşimi Cavanşir tərəfindən Xocalı soyqırımının şəhidlərinin xatirəsi naminə bir dəqiqə sükut elan edildi. Sonra Cavanşir müəllim otağın çıxışçısı olan doktor Subhan Talibini otaq iştirakçılarına təqdim etdi. Eyni zamanda Cavanşir müəllim Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim müəllim Hüseynzadəni Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi Səriyə xanım Ərdəbillini konfrans iştirakçılarına təqdim etdi. Səriyə xanım Ərdəbilli çıxışçımız olan doktor Subhan Talibinin bioqrafiyasını otaq iştirakçılarının nəzərinə çatdırdı.
Doktor Subhan Talibi Xocalı soyqırımı barədə və onu həyata keçirən erməni daşnaqları və vandalları və Ermənistan dövləti və onun himayədarlarının haqqında geniş söhbət edərək öz dolğun və məzmunlu çıxışında quebanilərin sayı və Xocalı şəhərinin yer üzündən 26 fevral 1992 ildə baş vermiş bu qanlı faciə barədə otaq iştirakçılarına məruzə etdi. Otağın gedişatında bir neçə səsli və audio verilişləri konfrans iştirakçıların nəzərinə çatdırıldı. Eyni zamanda otaqda azyaşlı Xocalı qurbanlarının adları çəkildi. Otaqda iştirakçıların bir neçəsi Xocalı faciəsi barədə xatirələrini iştirakçılarla bölüşdülər. Konfransın yekun söhbətini Cavanşir müəllim dünyaya yayılan Xocalı faciəsi barədə qəzetlər, kitablar, konfranslar barədə məlumat verərək Güney Azərbaycanda Xocalı faciəsi barədə keçirilən tədbirlər barədə iştirakçılarımızı məlumatlandırdı və eyni zamanda 75 il bundan əvvəl Güney Azərbaycanda Milli Hökumətin süqutundan sonra 21 Azər Soyqırımını barədə danışarkən Quzeydə və Güneydə xalqımızın hansı zülmlərə eyni şəkildə məruz qalmaları barədə də danışdı.
Konfrans Azərbaycan dövlət himni ilə başa çatdı.
Raportu hazırlayan: Beyrək
Şərhlər bağlıdır.