HƏMİD NURİ ÖMÜRLÜK HƏBS CƏZASINA MƏHKUM EDİLDİ

İki il öncə Stokolm şəhərində həbs edilən Həmid Nurinin 3 may 2022 ci ildə məhkəməsi başa çatdı. Həmid Nuri 33 il bundan öncə Kərəc ətrafında yerləşən Gövhərdəşt zindanında siyasi məhbuslara işgəncə ittihamı ilə Stokolm şəhərinə səfəri zamanı məhkəməyə cəlb edilmişdir. Uzun illər xaricdə yaşayan məhbuslarının ailələrindən olan siyasi mühacirlərdən Həmid Nuridən məhkəməyə şikayət ərizəsi göndərilmişdi. Məhkəmə prosesi açıq şəraitdə keçirilərək, ərizələr prokuror və vəkillər tərəfindən araşdırılmış, müəyyən dəlil və sübut üzə çıxarmışdır.

Qısa məlumat verək ki, 1367-də Aytullah Xomeyninin hökmü ilə yaranan 3 nəfərdən ibarət bir heyət: Rəisi, Nəyiri, İşraqi olaraq, İran zindanlarında məhbusların yenidən mühakimə edilməsi hökmü verilmişdir. Nəticə etibarı ilə həmin ildə minllərlə siyasi partiyalara mənsub olan məhbuslar həmin 3 nəfərin vasitəsilə İranın müxtəlif zindanlarında o cümlədən, Gövhərdəşt zindanında edam edilmişlər. Stokolm prokurorunun nəzərincə, Həmid Nuri Gövhərdəşt zindanında o dövrdə məhbuslara işgəncə edib onların edam edilməsində fəal iştirak etmişlər. Hakim və prokuror tərəfindən Həmid Nuriyə ömürlük həbs cəzası verildi.

Xatırladaq ki, Stokolm məhkəməsinin qarşısında yüzlərcə edam olunan məhbusların ailə üzvləri İsveç məhkəməsinin bu ədalətli hökmündən razılıqlarını bildirmişdilər. Məhkəmənin qarşısına yığışan insanların əllərində, həmin dövrdə edam edilən Azərbaycan Demokrat Firqəsinin üzvləri olan Anuşirəvan İbrahimi, Məhəmməd Hüseyn Əmir Haşimi və bir çox məhbusların şəkillərinin sərgisi nümayiş etdirilmişdir.

Beyrək

Şərhlər bağlıdır.