Buludam
Buludam görünür
Buludlandırıblar,
Buluda bürüyüblər məni
Bulud görünürəm
İçimdə bir günəş var
İçimdə bir günəş gizlənib
İçimdə bir günəş gizləndirrrilib
Günəşəm!
Qol-qula bağlanmış buludların dustağına düşmüş günəşəm
İçim alovlanır
Cayır-cayır yanır içim
Az qalır partlayam
Eşiyim şaxtadır
Günəşsizlikdən donur dışım
Ağaclar,
baş budaqdan quruyub kökə çatıblar
Quşlar,
kölkələnəcək yarpaq axtarırlar
Çaylar,
bir zaman çay olanlar,
ağızlarını göyə açıblar
Dağlar,
başlarını yerə tikiblər
Gözlərində yaş qalmayıbdır ağlamağa
Qan ağlayırlar dağlar
Gölün yaman rəngi ağarıb qorxudan
Buludları ağlada biləcək ildırım gözləyirəm
Yoxsa bir güclü külək…
Rəsul Qədiri
12 aprel 2022
Şərhlər bağlıdır.