PUTİN SSRİ İLƏ NASİST ALMANİYASINI EYNİLƏŞDİRƏNLƏRİN CƏZALANDIRILACAĞI QANUNU İMZALADI

Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində SSRİ ilə nasist Almaniyasını ictimai şəkildə eyniləşdirməyə görə cəriməni nəzərdə tutan qanunu imzalayıb.

Rusiya Prezidentinin imzaladığı sənəd neonasistlərə tutarlı cavab olub. Rəsmi hüquq informasiya portalında dərc edilən bu sənəd geniş rezonans doğurub.

Qanuna görə, ictimai şəkildə İkinci Dünya müharibəsində SSRİ və nasist Almaniyasının rolunu bənzədən, Sovet İttifaqının faşizm üzərində qələbədə rolunu inkar edən fiziki şəxslər 5 min rubla qədər cərimə və ya 15 günə qədər həbs, hüquqi şəxslər isə 100 min rubla qədər cərimələnəcəklər.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.