ABŞ qanunvericilərindən ibarət ikipartiyalı qrup çərşənbə günü ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senatına Rusiya hökuməti ilə iş görən şirkətlərin ABŞ agentliklərindən dövlət müqavilələri almasını qadağan edən qanun layihəsi təqdim edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə sənədin mətnini əldə edən “Washington Examiner” məlumat yayıb.
“Əgər siz birbaşa Rusiya hökuməti müqavilələri ilə iş görürsünüzsə, o zaman artıq ABŞ hökuməti ilə iş görə bilməzsiniz. Əsas odur ki, seçim vaxtıdır. Bu şirkətlər seçim etməli olacaqlar”,– deyə təşəbbüsün müəlliflərindən biri olan respublikaçı konqresmen Mayk Vals nəşrə bildirib.
“Bu, əslində Rusiyada bizneslə məşğul olan bütün şirkətlər üçün bir siqnaldır. Əgər siz Rusiya hökuməti ilə iş görürsünüzsə, o zaman ABŞ Müdafiə Nazirliyi ilə iş aparmağınıza icazə verilməməlidir və bu qanun qəbul olunandan sonra belə hallara yol verilməyəcək”,- deyə o, misal çəkərək qanun layihəsinin heç bir konkret şirkətə qarşı yönəlmədiyini vurğulayıb.
Qeyd olunur ki, qanun layihəsində bir sıra istisnalar nəzərdə tutulub. Xüsusilə, humanitar yardımın göstərilməsi ilə bağlı vəziyyətlərə şamil edilmir. O, həmçinin “Birləşmiş Ştatların milli maraqları üçün zəruri olan” əməliyyatları istisna edir.
Vals qeyd edib ki, qanun layihəsi müstəqil təşəbbüs kimi qəbul olunmaya bilər, əksinə, ölkənin müdafiə büdcəsinə düzəliş kimi daxil edilə bilər. Eyni zamanda konqresmen vurğulayıb ki, Ağ Ev müstəqil şəkildə analoji qadağanı qəbul edə bilər.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisində “xüsusi hərbi əməliyyat” elan edib. ABŞ və müttəfiqləri buna cavab olaraq Rusiya Federasiyasına qarşı genişmiqyaslı sanksiyalar tətbiq edirlər və Kiyevə silah tədarükünü artırdılar.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.