QƏRB DİPLOMATLARININ İRANIN KÜRD QRUPLARI İLƏ MÜZAKİRƏSİ

Ümid Niyayeş:

“Qərb diplomatları iranlı kürd qrupların təmsilçiləri ilə ölkənin gələcəyi haqda müzakirələr aparıb.

Amerika səfirliyinin Parisdəki diplomatlarının iştirakı ilə keçirilən neçə saatlıq danışıqların önəmli hissəsi kürdlərin gələcəyi və yarana biləcək federal idarə sistemi haqqında olub.

Fransız və amerikalı diplomatlar kürd təşkilatlarından federal sistem haqqında layihə hazırlamalrını istəyiblər.

Bizimkilər isə ətraflarına yığdıqları 5-10 qohumla kim daha yaxşı liderdir mübahisəsini aparır.

Şəxsi fikrimcə, Güney Azərbaycanın problemi ancaq bu liderlərin xalqın yaxasından düşdüyündən sonra həll ola bilər.

Bu da yaxın zamanda mümkün deyil. Çünki mövcud vəziyyətin davam etməsi həm İran rejiminin, həm də bu liderləri yönləndirən xarici qüvvələrin marağındadır”.

12 iyun 2022

Şərhlər bağlıdır.