ADF-nin Avropa Komitəsi: Ənvər Börüsoy itkisindən üzüldük

Allah rəhmət eləsin, ruhu şad olsun!

Yanvarın 28-də görkəmli sənətşünas, publisist, jurnalist Ənvər Börüsoyun vəfat etməsi ilə bağlı acı xəbər Azərbaycanın hüdudlarından da kənara çatdı. Bir qədim dostu və firqəçi yoldaşımızı itirdik, ruhu şad, xatirəsi əziz olsun. Bu sarsıntılı xəbərdən Azərbaycan Demokrat Firqəsinin müxtəlif ölkələrdə məskunlaşan Avropa Komitəsinin üzvləri də üzüntü keçirdi.
Ənvər bəylə yoldaşlığımız 1992-ci ildən başlamışdı. “Güney Azərbaycan” jurnalının rəhmətlik Seyidağa Onullahi və başqa dəyərli yoldaşlarla birlikdə ərsəyə gəlməsində daim bilik və bacarığını əsirgəmədi. Dostluq və məsləkdaşlığımız sonadək davam etdi. İstedadlı jurnalist, səmimi və mübariz insan kimi qəlblərdə yaşayacaq. Ənvər Börüsoyun əziz xatirəsi həmişə bizimlə qalacaqdır. Mərhumun ailə üzvlərinə, məsləkdaşlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Azərbaycan Demokrat Firqəsinin Avropa Komitəsi

Şərhlər bağlıdır.