SÖZ ADAMLARI BAKIYA GƏLİB, İŞ ADAMLARI İSƏ İRƏVANA GEDİBLƏR

Kütləvi informasiya vasitələrinin yaydığı məlumatlardan göründüyü kimi, İrandan bir dəstə deputat bu gün (16.02.2021) Azərbaycana 2 günlük səfərə gəlibdir. Deputat qrupuna İran İslam Şura məclisinin (parlamentinin) MİLLİ TƏHLÜKƏSİZLİK və Xarici Siyasət Komissiyasının sədri başçılıq edir. Deməli, bunlar burada  daha çox təhlükəsizlik məsələlərindən danışacaqlar. Doğrudur, proqramlarında işğaldan azad edilmiş bölgələrə və Naxçıvana səfər də qeyd edilib.

Bu gün İran agentliklərinin verdiyi məlumata görə, bu ölkənin 40 elmtutumlu şirkətinin 40 təmsilçisi İrəvana 4 günlük səfərə gedib. Bu heyətin 4 gün ərzində İrəvanda nə işlə məşğul olacağı məlum deyil.

Qeyd edirlər ki, guya İrəvanın müvafiq şirkətlərinin başçıları ilə üzbəüz görüşlər keçirəcəklər. Məqsəd İran şirkətlərinin istehsal etdiyi məhsulların satış  bazarını genişləndirməkdir.

Deyə bilərlər ki, Ermənistan bazarı bir-iki İran  şirkətini bazarla güclə təmin edə bilər. Bəs qalan 38 şirkət bazarı necə genişləndirəcək?

Məlum olur ki, İran üçün Ermənistan özü yox, onun üzv olduğu  Avrasya iqtisadi təşkilatı daha vacibdir. İran xeyli vaxtdır ki, həmin təşkilata üzv olmağa çalışır. İran Ermənistanla sıx iqtisadi əlaqələr quraraq yəqin ki, üzvlük məsələsində onun təsirli dəstəyinu qazanmaq istəyir. Deməli, hələlik İran şirkətləri Ermənistanda fəaliyyət göstərərək öz mallarını Ermənistan məhsulu kimi də Avrasiya bazarına çıxarmağa cəhd edir. Təbii ki, həmin şirkətlərin konkret hansı sahədə fəaliyyət göstərdiyi məlum olmadığından digər, gizli planlar da ola bilər. Bunu isə zaman göstərər.

 Vidadi Mustafa

 

Şərhlər bağlıdır.