Xocalı soyqırımı: Bəşəriyyətin ən qanlı faciəsi

Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olmuşdur. 1918-ci ildə regional güclərin dəstəyi ildə tarixi Azərbaycan torplarında yaradılan Ermənistan 1905, 1918, 1920, 1988-ci illərdən dəfələrlə türk-müsəlman xalqlarına qarşı soyqırım və etnik təmizləmə siyasəti həyata kemirmiş, Azərbaycan torpaqlarında regional güclərin əli məskunkaşdırma siyasəti həyata keçirmişdr.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırım etmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciədə 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər əsir isə götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyot əlaqəsi qalmışdı. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması nəticəsində 41 nəfərin faciəli surətdə həlak olmasından sonra bu əlaqə tamamilə kəsilmiş, yanvarın 2-dən isə şəhərə elektrik enerjisi verilmirdi.
1992-ci ilin fevralında Azərbaycan kəndlərindən Malıbəyli, Qaradağlı və Ağdaban ermənilər tərəfindən işğal edildirək, onların əhalisi köçürülmüş və nəticədə 140 yaralı və 99 nəfər həlak olmuşdu. Ermənilərin Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdu. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edilmişdir.
Xocalıya hücumun iştirakçılarının ermənilərin “Artsaxın Milli Azadlıq Ordusu (AMAO)” və ermənilərin “qondarma Dağlıq Qarabağ Respublikası”nın Ali Sovetinin plenumunun qərarı ilə təyin olunan baş komandan və qərargah rəisinə tabe olan ərazi komandanlıqlarının tabeliyində olan dəstələrdən (bölüklərdən) ibarət olması qeyd olunur.
Allahverdi Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. O, erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Allahverdi Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı. Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.
Bağırovun döyüşçüləri həmin gün 85 şəhidin çıxarılmasında iştirak etmişdilər, sonradan Milli Qəhrəman adı alan Əlif Hacıyev və Aqil Quliyevin meyitləri də onların arasında idi. Həmin meyitləri artıq axşam Ağdam yaxınlığında iki yük maşınından boşaldan zaman orada olan Röytersin foto müxbiri Frederika Langen də çəkmişdi.. F.Langen özünün “The New York Times” qəzetinə verdiyi müsahibəsində gördüklərini bu cür təsvir edirdi: Birinci yük maşınında mən 35 cəsəd saydım, və göründüyü kimi ikincisində də təxminən o qədər var idi. Bəzilərinin başı kəsilmiş, çoxusu yandırılmış halda idi. Onların hamısı kişi idi və bəzilərinin əynində hərbi rəngdə forma var idi.
Ümumiyyətlə, bəşəriyyətin bu qanlı faciəsindən sonra Xocalı rayonundan olan 14577 nəfər məcburi köçkün Azərbaycanın 52 müxtəliş şəhər və rayonlarında müvəqqəti məskunlaşmışdır.
Xocalı döyüşündə iştirak etmiş Azərbaycanın Milli Qəhrəmanları

Xüsisilə ermənilər özləri Xocalıda törətdikləri qətlimalar və vəhşiliklər haqqında demişlər. Zori Balayan öz kitabını qardaşı və terrorçu Monte Melkonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifinin sözlərinə əsasən şəhər “strateji məqsəd idi, lakin bu həm də qisas aktı olmuşdur”. Müəllif “Arabo” və “Aramo” adlı iki erməni dəstəsinin silahlılarının rolunu xüsusilə vurğulayır və onların Xocalının dinc sakinlərini nə cür qəddarcasına öldürdüklərini təfərrüatlı təsvir edir. Belə ki, onun sözlərinə əsasən şəhərin bəzi sakinləri “[erməni] əsgərləri onları təqib edənədək” təxminən altı mil məsafə qət etdikdən sonra demək olar ki təhlükəni arxada qoymuşlar. Ardınca bildirir ki, “əsgərlər uzun müddət ombalarında gəzdirdikləri bıçaqlarını çıxardı və [onları] bıçaqlamağa başladılar”.
Digər erməni yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycanlıların başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır: Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim. Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi.
Erməni yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq.
Xocalı hadisələri bağlı jurnalistin minlərlə adamın ölməsindən təəssüf keçirdib-keçirmədiyi barədə sualına Ermənistanının prezidenti Serj Sarkisyanın demişdir: Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu [stereotipi] qıra bildik. Və budur baş verənlər. ..Mən heç bir təəssüf keçirmirəm…hətta minlərlə əhali ölərsə bu cür sərt gedişlər zəruridir.
Qeyd edək ki, Ermənistanda Xocalıda soyqırımı törətməsi faktını azsaylı ermənilərdən hüquq müdafiəçisi Mikael Danielyanı və jurnalist Vahe Avetyanı tanımışlar.
Xocalı faciəsi Türkiyə ictimaiyyətinə çatdırılması ilk dəfə olaraq, erməni silahlılarının törətdiyi qırğın barədə fotolarla birgə Rəhbər Bəşiroğlu “Milliyyət” qəzetində, ABŞ-ın “Washington Post”, “The New York Times”, “Boston Globe”, “Wall Street Journal”, “Sunday Times”, “Chicago Tribune” qəzetləri, “Associated Press” və “Time” informasiya agentliklərində, Böyük Britaniyada, Reuters agentliyi, “The Times” qəzeti, “Sunday Times” qəzeti, “The Guardian” qəzeti, BBC kanalında, 1992-ci il 14 martında Fransa mediasında özünəməxsus yeri olan “Le Monde” qəzetində, Rusiyanın “Komsomolskaya pravda”, “Trud”, “Pravda” qəzetləri və Moskvanın “Pasport” jurnalında, İrlandiyanın “The Irish Times”, Avstraliyanın “The Age” qəzetlərində, və xarici ölkələrin KİC-lərində Xocalıda törədilmiş soyqırım haqqında məqalələr yazılmışdır.
1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olundu. Heydər Əliyevin 25 fevral 1997-ci il verdiyi N 498 qərar nəticəsində, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur. H. Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi: Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımı haqqında qeyd etmişdir ki: Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi.
Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanımışdır. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilmişdir. 2012-ci ilində Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edilmişdir.
Faciəni parlament səviyyəsində qətliam kimi Meksika 2 fevral 2012-ci ildə, Kolumbiya 2012-ci il 24 apreldə, Çexiya 2013-cü ilin 19 fevralda, Bosniya və Herseqovina 2013-cü il 26 fevralda, Panama 2013-cü il 7 avqustda, Peru 2013-cü il 14 iyunda, Honduras 2014-cü il 17 yanvarda, 2016-cı ildə İordaniya, 2017-ci ildə Cibuti Respublikası, Şotlandiya 2017-ci il 22 fevral tarixlərində tanımış, eləcə də ABŞ-ın 22 ştatı Xocalı ilə bağlı sənəd qəbul etmişdir.
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı “Ana harayı” abidəsinə ümumxalq yürüşü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir.
26 fevral 2012-ci ildə İstanbulda Qalatasaray Liseyinin önündən başlayan və Taksim meydanına doğru davam edən, təxminən 200.000 iştirakçı saatlarla davam edən aksiyalarda “Hamımız Xocalılıyıq” (türk. Hepimiz Hocalılıyız, ing. We are all from Khojaly) şüarları səsləndirilmiş, 2012-ci ildə Azərbaycan Amerika Alyansının Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya nəticəsində, Nyu York şəhərinin ən böyük dəmiryolu vağzalı olan “Penn Station”-da, vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilmiş, avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılmış, Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, “Capitol Hill”-ə gedən avtobuslarda posterlər yerləşdirilmişdir.
2019-ci il fevralın 23-də dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatla¬rı Brüsselin Lüksem¬burq meydanında “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” və s. şüarlarla Ümumavropa Qarabağ mitinqi keçirib.2019-cu il fevralın 26-da Bakı şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı “Ana harayı” abidəsinə ümumxalq yürüşündə 55 min insan iştirak etmişdir.
2003-cü il 15 fevralda Xocalı qaçqınlarının BMT, Avropa Şurası , Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu. Müraciətin əsas məqsədi dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi. Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Sübhan Talıblı

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.