AZƏRBAYCANIN İKİNCİ RADİOSU: DANIŞIR TƏBRİZ
SEVİMLİ ALİMİMİZ RAFAEL HÜSEYNOVA VƏ "MƏDƏNİYYƏT" TELEKANALINA TƏŞƏKKÜRLƏRLƏ
Dünən Azərbaycanın “Mədəniyyət” telekanalında heç vaxt unuda bilməyəcəyimiz bir verliş nümayiş etdirildi. Ssenari müəllifi və aparıcısı tanınmış alim, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, millət vəkili Rafael Hüseynov idi. Yenə özünün vətənpərvərlik missiyasına sadiq qalaraq 50 milyon soydaşımızın bilməyə borclu olduğu aktual mövzunu şirin dillə, lakonik üslubla, publisist tərzdə auditoriyaya böyük şövqlə çatdırdı.
Azərbaycan Demokrat Firqəsi aprelin 26-da Təbriz radiosunun 75 yaşını qeyd etmişdi. Bu barədə ADF-nin orqanı olan Azerbaycan-ruznamesi.org saytında da silsilə yazılar təqdim olunmuşdur. Lakin alimin verlişi böyük auditoriyanı bir araya gətirə biləcək yaradıçılıq axtarışlarının inikası idi. Məhz bu baxımdan sonadək maraqla izlədik, məmnun qaldıq, təşəkkürlərimizi saytımız vasitəsi ilə müəllifə və telekanalın rəhbərliyinə çatdırmağı özümüzə borc bildik. Ümumiyətlə Güneyimizin maddi-mədəni irsinin, tarixinin daha dərindən tanıdılması sahəsində maarifçiliq işi aparmaq vətənpərvərlik mövqeyindən irəli gələn vətəndaşlıq borcudur. ADF-nin yüksək peşakarlıq meyarlarını nəzərə alaraq həm Rafael müəlimdən, həm telekanalın rəhbərliyindən, ümumiyyətlə ziyalılar ordumuzdan bu məsələni aktiv sürətdə diqqətdə saxlamalarını rica edirik. Son da onuda bildirək ki, çoxlu sayda tamaşaçının müəyyən səbəblərdən bu verilişi izləyə bilməmələri danılmaz faktdır. İstərdik ki, onların da arzularını nəzərə alaraq “Mədəniyyət” telekanalı həmin verlişinin təkrar nümayiş olunmasını təmin etsin.
Azərbaycan Demokrat Firqəsi
Video: http://www.myvideo.az/channels.aspx?timer=030520211920&channel=medeniyet.m3u8
Şərhlər bağlıdır.