ƏN ÇOX ZİYARƏT EDİLƏN SƏNƏT MUZEYLƏRİ

BU HAMI ÜÇÜN MARAQLI OLA BİLƏR

Ən çox ziyarət edilən sənət muzeyləri — Dünyanın ən çox ziyarət edilən sənət muzeylərinin siyahısı ziyarət edənlər arasında ən böyük marağa səbəb olan, əsasən sənət əsərlərindən ibarət olan ekspozisiya, muzey və qalereyalara aid olan 100 siyahıdan ibarətdir. İncəsənətdə sənət dedikdə heykəl , rəsm, qrafik, fotosənəd və dekorativ-tətbiqi incəsənət anlaşılır. Siyahıya sənət muzeyləri olmayan (məsələn, Pekin şəhərində qadağan edilmiş şəhər) turistik görməli yerlər qeyd edilməyib.Həmçinin siyahıda qismən incəsənət əsərlərinə malik ekspozisiya, muzeylər deyil , lakin əsasən konkret mövzuya həsr edilmiş xüsusi muzeylər (məsələn, Londonda Təbiət Tarixi Muzeyi) yer alıb. Bu siyahı, beynəlxalq nüfuzlu “The Art Newspaper”[1] sənət jurnalının məlumatlarına əsaslanaraq, ildə bir dəfə birbaşa oxşar siyahıları yazır, bu siyahı 2014-cü ilin məlumatlarına əsaslanır. Siyahıda ən böyük nümayəndəlik ABŞ-da olan muzeylərdir – 18 və Böyük Britaniya – 14, İspaniya (9) və Fransa (8), ardından 6 muzey Braziliya və 5 muzey Rusiya, Avstraliya və Cənubi Koreyada mövcuddur. İl ərzində ən çox ziyarətçisi olan muzeylər Böyük Britaniyadadır – 30 milyondan çox insan. Siyahıdakı muzeylərdən ən çoxu Londonda yerləşir-11 və Paris -7, Berlin, Madrid və Tokioda-4 muzey yerləşir.Siyahıda qeyd edilmiş muzeylərin çoxu, Avropa qitəsi ərazisində yerləşir -55, Şimali Amerika ərazisində -22 muzey, Asiya -12 muzey, Cənubi Amerikada -6, Avstraliya -5; Afrika muzeyləri siyahıda göstərilməyib.

sıra Muzey Şəhər Ölkə Yaranma ili İllik ziyarətçi sayı Şəkil
1 Luvr muzeyi Paris  Fransa 1792 9260000
2 Britaniya muzeyi London  Böyük Britaniya 1753 6695213
3 London Milli Qalereyası London  Böyük Britaniya 1824 6416724
4 Metropoliten muzeyi New York  ABŞ 1870 6162147
5 Vatikan muzeyləri Vatikan  Vatikan 1506 5891332
6 Teyt Modern London  Böyük Britaniya 2000 5785427
7 İmperator saray muzeyi Taybey  Çin Respublikası 1965 5402325
8 Milli Sənət Qalereyası Vaşinqton şəhəri  ABŞ 1937 3892459
9 Koreya Mərkəzi Tarix Muzeyi Seul  Cənubi Koreya 1945 3536677
10 Orse muzeyi Paris  Fransa 1968 3500000
11 Paris Müasir Dövlət İncəsənət Muzeyi Paris  Fransa 1977 3450000
12 Koreya Milli Folklor Muzeyi Seul  Cənubi Koreya 1945 3271017
13 Ermitaj Sankt-Peterburq  Rusiya 1764 3247956
14 Viktoriya və Albert Muzeyi London  Böyük Britaniya 1852 3180450
15 Nyu-York Müasir İncəsənət Muzeyi New York  ABŞ 1929 3018266
16 Şahzadə Sofiyanın İncəsənət Mərkəzi Madrid  İspaniya 1992 2673745
17 Prado muzeyi Madrid  İspaniya 1819 2536844
18 Somerset-haus London  Böyük Britaniya 1776 2463201
19 Dövlət muzeyi Amsterdam  Niderland 1800 2450000
20 Braziliya Bankı Mədəniyyət Mərkəzi Rio-de-Janeyro  Braziliya 1989 2399832
21 Milli İncəsənət Mərkəzi Tokio  Yaponiya 2007 2384415
22 Milli Portret Qalereyası London  Böyük Britaniya 1856 2062502

 

Şərhlər bağlıdır.