OLİMPİADA BAŞA ÇATDI: DAHA ÇOX UĞURSUZLUQ

Tokio-2020 Olimiadası  başa çatdı. Kimi yeni uğurlara imza atdı, kimisi də adət etmədiyi yerlərdən birini tutdu. Sərbəst komanda kimi iştirak edən Rusiya yenə siyasi oyunların bir növ qurbanı oldu. Adət etmədiyi yerlərdən birini tutdu. Azərbaycan isə müstəqilliik illərində ilk dəfə qızıl medalsız qaldı. İranın da qızıl medal əldə etməsinə baxmayaraq ümumi nəticəsini elə də məqbul saymaq olmaz.

İndi isə keçək olimpiadanın yekunlarına.

Olimpiadanın sonuncu günündə medal sıralamasının zirvəsində dəyişiklik baş verib. Hesabına 3 qızıl medal əlavə edən ABŞ (39 qızıl, 41 gümüş, 33 bürünc) Çinin bir neçə gündür ki, davam edən liderliyinə son qoyub və Tokio-2020-ni birinci sırada tamamlayıb.

Çin (38 qızıl, 32 gümüş, 18 bürünc) ikinci, Yaponiya (27 qızıl, 14 gümüş, 17 bürünc) isə üçüncü olub.

Aktivində 3 gümüş, 4 bürünc medal olan Azərbaycan Tokio Yay Olimpiya Oyunlarını 67-ci sırada bitirib. Bu, müstəqillik tariximizdə qeydə alınmış ən pis göstəricidir.

Qeyd edək ki, Tokio-2020-də İrina Zaretska, Rafael Ağayev (hər ikisi karate) və Hacı Əliyev (sərbət güləş) gümüş, Rafiq Hüseynov (yunan-Roma güləşi), Mariya Stadnik (sərbət güləş), İrina Kindzerska (cüdo) və Alfonso Dominqes (boks) isə bürünc medal qazanıblar.

  1. ABŞ – 39 qızıl, 41 gümüş, 33 bürünc (113)
  2. Çin – 38 qızıl, 32 gümüş, 18 bürünc (88)
  3. Yaponiya – 27 qızıl, 14 gümüş, 17 bürünc (58)
  4. Böyük Britaniya – 22 qızıl, 21 gümüş, 22 bürünc (65)
  5. ROK (Rusiya Olimpiya Komitəsi) – 20 qızıl, 28 gümüş, 23 bürünc (71)
  6. Avstraliya – 17 qızıl, 7 gümüş, 22 bürünc (46)
  7. Niderland – 10 qızıl, 12 gümüş, 14 bürünc (36)
  8. Fransa – 10 qızıl, 12 gümüş, 11 bürünc (33)
  9. Almaniya – 10 qızıl, 11 gümüş, 16 bürünc (37)
  10. İtaliya – 10 qızıl, 10 gümüş, 20 bürünc (40)

  1. Azərbaycan – 3 gümüş, 4 bürünc (7).

Şərhlər bağlıdır.