TƏBRİZDƏ UŞAQLARA “QARABAĞ AZƏRBAYCANDIR”  TÜRKCƏ KİTABLAR BAĞIŞLANILIB

Sentyabrın 9-da bir qrup mədəni fəal Təbrizdə uşaqlara qeyri-adi hədiyyə bağışlayıblar. Türk dilində olan bu kitabın üzərinə “Yaşasın Azərbaycan, yaşasın Türkiyə, Qarabağ Azərbaycandır” sözləri yazılıb.

Bu aksiya həm də Türkiyənin Akdeniz Universitetinin hüquq üzrə doktorantı, güneyli Əli Həmzəzadənin Azərbaycanın Güneyində ana dili və mədəni hüquqlar diqqət çəkmək üçün başlatdığı veloyürüşə dəstək məqsədi daşıyır.

Qeyd edək ki, Əli Həmzəzadə 21 iyul tarixində “Özgürlük yolçusu” adı altında Antalyadan Qarabağa doğru veloyürüşə başlayıb.

Azərbaycanın Güneyinin Əhər şəhərindən olan gənc velosipedçi yürüş boyu Azərbaycanın, Türkiyənin və “Traxtur” klubunun bayraqlarını daşıyır.

Eldəniz Şamili

 

Şərhlər bağlıdır.