Bir qrup müəllim Həmədan şəhərinin kənarında şəxsi vəsaitləri hesabına kiçik bir məktəb tikməyi qərara alıblar. Hadisə tərs-mütənasib başa gəlib. Müəllimlər məktəbi tikib başa çatdırandan sonra meydanda bələdiyyə qoçuları görünüb. Ad qoyublar ki, tikinti qeyri-qanunidir. Pedaqoqların hərəkətindən qeyzlənən yerli rəhbərlik binanı sökməyi qərara alıblar. Belə də ediblər.
Bu barədə məktəbdə çalışan riyaziyyat müəllimi ətraflı söhbət açıb və etirazını bildirib.
Qeyd: İran adlanan ölkədə dövlət onsuz da məktəb tikmir. Olan məktəblər də icarəyə götürülmüş binalardı. Ancaq adam başına bir imamzadə tikilir.
VİDEO: https://www.facebook.com/watch/?extid=WA-UNK-UNK-UNK-AN_GK0T-GK1C&v=1260849294340945
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.