21 AZƏR MİLLİ HÖKÜMƏTİNİN 76-CI İLDÖNÜMÜDÜR

HƏR GÜN 21 AZƏRDİR, HƏR GÜN MÜBARİZƏDİR!

Salam əziz həmvətənlər. Sizləri 21 Azər Milli Hökumətin ildönümü münasibətilə təbrik edirik! Bü, rəqəmdə belədir. Tarix isə hər gün bizim üçün təkrarlanır. Nəzərə alsaq ki, ötən illərdə İranda biri digərindən də dəhşətli rejimlər əvəzləməkdədir, deməli hər gün mübarizədir, deməli 21 Azər bu gün də meydandadır. Mübarizə davam edir.

Azərbaycan Demokrat Firqəsi qitələrdə biri-birini əvəzləyən fundamental tədbirləri sıralamağı nəzərdə tutub. Dekabrın 10-da Vaşinqtondayıq. Mitinq keçiriləcək. Vilayəti-fəqih rejiminin, eləcə də ondan əvvəlki şah rejiminin məmləkətin başına gətirdiyi oyunlara etiraz olaraq, daha xoş günlər uğrunda mübarizə üçün əzmimizi ortaya qoyacağıq.

Azərbaycan Demokrat Firqəsinin ABŞ Komitəsi bu məqsədlə geniş tədbirlər hazırlayıb. Komitənin məsulu Rəhim Şahbazi də yoldaşları ilə birgə rəngarəng tədbirlər proqramı hazırlayıb. Bu özəl video məxsusi günümüz üçündür. Dinləyək, baxaq, yoldaşlarımızla bir cərgədə olduğumuzu hər an duyaq.

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.