ABŞ-IN YAXIN VƏ ORTA ŞƏRQƏ AVİAZƏRBƏLƏRİ

Pentaqon İraq, Suriya və Əfqanıstana havadan endirdiyi zərbələr zamanı dinc əhali arasında çoxlu sayda ölənlər barədə məlumatı ictimaiyyətdən gizlədib. Azerbaycan-ruznamesi.org bildirir ki,  “New-York Times” qəzeti bu barədə xəbər yayıb.

Pentaqonun daxili sənədlərinə istinad edən nüfuzlu nəşrin yaydığı informasiyaya görə, rəsmi statistika tərtib ediləndə dinc əhali arasında yüzlərlə qurban nəzərə alınmayıb. Bununla bağlı məqalədə konkret faktlar göstərilir: 2014-cü ildən bu günədək Suriya və İraqda 1417, 2018-ci ildən sonra Əfqanıstanda 188 dinc sakin həlak olub. Amma bu ölkələrdə dinc əhali arasında itkilərin dəqiq sayını müəyyənləşdirmək mümkün deyil.
Qəzetin qənaətinə görə, əsgərlər, rabitəçilər, pilotlar zərbə endirməyə hazırlaşanda şəraiti düzgün qiymətləndirmir və dinc əhalini terrorçuların ayağına yazırdılar. Əslində düşmənin canlı qüvvəsinin yerləşdiyi və hədəfə çevrilmiş binalarda dinc sakinlər də ola bilərdi, amma Amerika hərbçiləri bu amili heç vaxt nəzərə almırdılar. Hətta əsgərlər terrorçuların arasında mülki şəxslərin olduğunu bilsələr də, bu barədə komandanlığa məlumat vermirdilər. O cümlədən, bir çox hallarda aeroçəkilişlərin keyfiyyəti müəyyən ərazidə dinc sakinlərin qalıb-qalmadığını müəyyən etməyə imkan vermirdi.

Şərhlər bağlıdır.