“ARAN” UŞAQLARIN SAĞLAM GƏLƏCƏYİ İB YENI LAYİHƏNİN İCRASINA BAŞLADI

“QƏLƏBƏ ŞƏHİDLƏRI”NİN YENİ CİLDİ YAYILACAQ, GÖRÜŞLƏR, TƏDBİRLƏR KEÇIRILƏCƏK

“Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyələşdirdiyi layihə “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, Vətən müharibəsi iştirakçılarının tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkili” adlanır.

Layihə bu ilin fevral-aprel aylarını əhatə edəcəkdir. Tədbirlər çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulub. Fevralda ştatlar müəyyənləşdiriləcək və yazı ləvazimatı alınacaqdır. Tədbirlərə gəlincə bunlar daha geniş və əhatəlidir. Belə ki, birliyin üzvləri Vətən müharibəsi veteranlarının keçdiyi həyat yolu haqqında oxucuları məlumatlandırmaq, onların həyat və döyüş yollarını ətraflı işıqlandırmağa çalışacaqlar.

Qeyd edək ki, ictimai birlik müharibə yekunlaşandan sonra “Qələbə Şəhidləri” adlı çoxcildlik əsərlərin nəşrinə başlayıb. Artıq kitabın III cildi ictimai istifadədədir və maraqla qarşılanır. Dördüncü cild isə layihəyə dəstək çərçivəsində oxucuların görüşünə gələcəkdir. Bu görüşlər eyni zamanda bütün respublika miqyasını əhatə edəcək bir sıra tədbirlərlə yadda qalacaqdır. Şəhid ailələrinə kitablar təqdim olunacaq, onlarla söhbətlər aparılacaq, arzu və istəkləri ətrafında söhbət aparılacaqdır. Beləliklə növbəti cildin nəşri üçün maddi və mənəvi dəstək veriləcəkdir.

Apreldə Bakıda keçiriləcək şəhid ailələrinin iştirakı ilə “dəyirmi masa”da onların bir daha qəhrəmanlıq yoluna nəzər salınacaqdır. Layihənin rəhbəri İbrahim Hüseynov, kitabın redaktoru Əməkdar jurnalist Rəhim Hüseynzadədir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.