SEPAH-IN BİNASINA SİLAHLI HÜCUM OLUB

ÖLƏN VƏ YARALANAN VAR

İranın Sarvan şəhərində naməlum şəxs İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat idarəsinin binasına silahlı hücum edib.

Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, mühafizəçilərə doğru bir neçə dəfə atəş açılıb. Lakin cavab tədbirləri nəticəsində hücum edən şəxs öldürülüb.

“Tasnim” qeyd edir ki, atışma nəticəsində yaxınlıqdan keçən bir nəfər də yaralanıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.