XOCALI SOYQIRIMININ 30 İLLLİYİNƏ HƏSR OLUNMUŞ STOKOLMDA MÖHTƏŞƏM TƏDBİR KEÇİRİLDİ

Tarix 26 fevral 2022-ci il

Tədbir bü gün diaspora üzrə dövlət komitəsinin təşkilatçılığı, İsveçdə Azərbaycan Respublikasının fövqalədə səfirliyinin və İsveçdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin nümayəndələri, Skandinaviya ölkələri kordinasiya şurasının təşəbbüsü və iştirakı ilə “Clarion Hotel ” də saat 11-dən 15-00 – a qədər baş tutdu.

Əziz oxucular, nəzərinizə çatdırıq ki, həmin tədbir cənab səfir Zaur Əhmədovun iştirakçıları salamlamağı ilə başladı.  Tədbirin məqsədi Xocalı soyqırımının 30 illiyi və Skandinaviyada diaspor təşkilatlarının “Xocalıya ədalət” və digər fəaliyyətlər barədən ibarət idi. Tədbiri açıq elan etmək üçün Cənab səfir Zaur Əhmədov, sayın Fuad Muradovunu xaricdə yaşayan azərbaycalılar üzrə dövlət komitəsinin sədrini mikrofona dəvət etdi. Sayın Fuad Muradov iştirakçıları salamlayaraq, Azərbaycan dövlət hini ilə tədbirin açılışın və bir dəqiqəlik sükutla Xocalı şəhdilərini ehtiramla yad etdilər. Sonra sayın Fuad Muradov məzmunlu çıxışı ilə son ilin ərzində Xocalı soyqırımını dünya ictimaiyyətinin və müxtəlif ölkələrdə tanıdılması barədə, “Xocalıya ədalət” şüarı altında görülən geniş və hərtərəfli, müxtəlif formalarda, vidio yayımlarda nümunə gətirərək, bütün dünyada Azərbaycan diaspor təşkilatlarının gördükləri işlərdən söhbət açdı. Cənab Fuad Muradov 44 günlük 2-ci Qarabağ vətən müharibəsi və zəfər bayramı barədə, Ali Baş Komandan Cənab Prezidentin rəhbərliyi altında, qəhrəman ordumuz, fədakar Azərbaycan millətinin birliyi, əməkdaşlığı nəticəsində əldə edilən naliyyətlərin dünyaya çatdırmaq və 30 illik erməni təcavüzünə son qoyulması, erməni diasporasını Azərbaycana və dünya türklərinə qarşı iftramiz şayələrini Ifşa edilməsi barədə təsirli fəaliyyətlərdən nümunələr söylədi. Tədbirin gedişatında müxtəlif şəhərlərdən gəlmiş diaspor nümayəndələri qısa məzmunlu çıxış edərək, “Xocalıya ədalət” və digər diaspor məsələləri barədə fikir bildirib və təkliflər irəli sürdülər. Deməli, 3 saatdan artıq davam edən tədbirdə çoxsaylı diaspor problemləri barədə fikir mübadiləsi aparıldı. Tədbir diaspor nümayəndələri ilə dövlət komitəsinin sədri və İsveçdəki Azərbaycan səfirliyinin daha sıx efektli, planlı və Azərbaycanın mədəniyyətini tanıtdırmaq, sülhə və demokratiyaya yardım istiqmətində bir araya gəlmələr təklifləri ilə başa çatdı.

      

Raportu hazırlayan: Abdulla Əmir Haşımi Cavanşir

Şərhlər bağlıdır.