TÜRK DİLİMİZİN İNKİŞAFI VƏ ONA QARŞI SOYQRIMIN 75 İLLİYİ

Tarix: 27 fevral 2022-ci il 

Əziz oxucular, nəzərinizə çatdıraq ki, Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə 27 fevral 2022-ci ildə Clubhouse vasitəsilə “Türk dilimiz inkişafı və ona qarşı soyqrımın 75 illiyi” adlı konfrans baş tutdu. Konfrans Təbriz vaxtı ilə 19-30 dəqiqədə başlayaraq, 3 saaat davam etdi. Konfrans Azərbaycan Demokrat Firqəsinin admini Rəhim bəy Şahbazinin vasitəsilə açılaraq, Azərbaycan Demokrat Firqəsinin milli himni ilə canlı surətdə İsmayıl müəllim vasitəsilə səsləndi. Sonra Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq Əlaqələr məsulu Abdulla Əmir Haşimi Cavanşir, otağın çıxışçısı olan doktor Pərviz Kazıminin və Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim müəllim Hüseynzadəni, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü Səriyə xanım Ərdəbillini konfrans iştirakçılarına təqdim etdi.

Səriyə xanım Ərdəbilli doktor Kazıminin qısa bioqrafiyası, Azərbaycan Demokrat Firqəsinin sıralarında fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat verdi. Sonra doktor Pərviz Kazımi dilimzin inkişafı və ona qarşı 75 il qadağalar və basqılar barədə geniş və dolğun məzmunlu söhbət apardı.

Doktor Pərviz Kazımi ümumiyyətlə dilin çalarları, xüsusilə ana dilimizin zənginliyi, inkişaf tarixi və yüksək potensialı, digər dillər arasında özünə məxsus olan dərin tarixi svə səciyələri barədə maraqlı faktlar irəli sürərək, otaq iştirakçılarının diqqətini cəlb etdi. Doktor Pərviz Kazımi Azərbaycan türkünün və ümumiyyətlə türk dillərinin bariz xüsusiyyələrindən biri olaraq, qeyd etdi ki, bizim dil, fars, erməni dillərinə rəğmən geniş kütlələr vasitəsilə min illər boyu yaşayıb-yaradıb, genişlənib, özün qoruyub zənginləşib. Ancaq adını çəkdiyimiz fars, erməni və bir çox başqa dillər, bir qruplar tərəfindən qorunmağı təmin edilib. Yoxsa onlar bü günə gəlib çatma qabiliyyətləri və potensialları olmamışdır. Misal üçün fars dili münşü və dəbirlər vasitəsilə bu günə gəıib çatıb.

Erməni dili isə bir neçə dini xadimi, kilsələr vasitəsilə qorunub bü günə qədər yaşayıb. Yoxsa adını çədiyimiz həmin dillərin yaşama qabiliyyətindən məhrum olduqları üçün çoxdan idi ki, ölü dillər sıralarına qoşulmuşlar. Konfransın çıxışçısı ana dilimizin zəngin və qaydalara uyğun, obyektiv və subyektiv geniş təfəkkür sahələrini, kateqoriyalarını, dolğun özündə ehtiva edən cəhətlərini də iştiraşçıların nəzərinə çatdırdı. Sonra otaq, dilçi alimlər və iştirakçılarımız tərəfindən çıxışçının məruzəsi barədə firkir və komentlər, bir neçə suallarla çıxşçıya müraciət etdilər. Üç saat gedən konfrans Cavanşir müəllimin yekun söhbəti ilə başa çatdı. O, dilimizin mənşəyi və təkamül tarixini Azərbaycan türklərinin ictimai həyatı ilə əlaqədar və iş, məişət, eyni zamanda incəsənət tapıntıları, yaradıçılıqları istiqamətində enişli- yoxuşlu, zənginləşmə və dünya dillərinin sıralarında 3-cü qayda-qanunlu dil kimi, möhtəvalı sözlük sahibi olan varlıq kimi, öz inkişafını təmin edən dilimzin barədə danışaraq, son 100 ildə dilimizə qarşı, həm Güney Azərbaycanda, həm Quzey Azəraycanda fars və rus rejimləri tərəfindən inkişafına ciddi maneələr törədildiyini xüsusi qeyd etdi. O, təkid etdi ki, hətta bu gün Güney Azərbaycanda yasaq bir dil kimi eitim sistemindən məhrum olan, bir çox qadğalarla qarşılaşan, bir sözlə mədəni soyqrıma məruz qalan dilimiz, bir çox çətinliklərlə irəliləyir.

Raportu hazırlayan: Beyrək

Şərhlər bağlıdır.