XOCALIYA ƏDALƏT ADLI ÜMUM AMERİKA XOCALI MİTİNQİ

Tarix: 26 fevral 2022-ci il

Əziz oxucular, nəzərinizə çatdıraq ki, 20 fevral 2022-ci “Ümum Amerika Xocalı Mitinqi” – 30 JUSTICE FOR KHOJALY adlı mitinq Washington DC-də saat 13-00-da ABŞ paytaxtinda Kapitol binası qarşısında Azərbaycanlılar icması vasitəsilə keçirildi. Həmin möhtəşəm mitinqdə Azərbaycan Demokrat Firqəsinin üzvləri və ABŞ komitəsi fəal iştirak etmişdir. Həmin tədbirin gedişatı müxtəlif şəbəkələr vasitəsilə dünyaya yayılmışdı. Tədbirdə 30 il bundan əvvəl Azərbaycanın Xocalı şəhəri erməni vandalları və onları dəstəkləyən müxtəlif qruplar vasitəsilə şəhərin sakinləri Azərbaycan türkü olduqları səbəbindən qətlə yetirilmişdi.

Xocalı şəhəri yerlə yeksan olmuş, çoxlu şəhər sakinləri əsir götürülmüşdür. Həmin soyqrımın 30 illik ildönümü günü soydaşlarımız bir araya gəlib, soyqrımı törədənləri Beynəlxalq ədalətli məhkəmələrdə cavabdeh olmaları tələb edilmişdi. Eyni zamanda şəhidlərin ruhlarına dualar oxunaraq, Azərbaycan xalqına başsağlığı nidaları altında Xocalıya ədalət şüarı Washingtonun mərkəzində səslənmişdi. Həmin tədbirdən bir neçə şəkillər və vidio yazıları sizinlə paylaşırıq.

Raportu hazırlayan: Beyrək

Şərhlər bağlıdır.