TƏBRİZDƏ PULUN ÜZƏRİNƏ “YAŞASIN AZƏRBAYCAN!” YAZILDI 

Təbriz şəhərində milli-mədəni fəallar ölkənin pul əsginazlarına və onu əvəz edən çeklərə xüsusi hazırlanmış möhürlər vurublar.

Çox sayda çek və əsginazın üzərində “Yaşasın Azərbaycan!” şüarı əks olunub.

Fars şovinizminə qarşı oxşar tədbirlərə bundan əvvəl də rast gəlinib. Bir müddət əvvəl İranın Təhsil Naziri Məhəmməd Bəthayi qeyri-fars dillər haqda neqativ sözlər dedikdən sonra pul əsginazlarına milli şüarlar yazılıb. Bu proses bəzi məntəqələrdə hələ də davam edir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.