İRANDA SEPAH DAHA İKİ ETNİK BƏLUCU GÜLLƏLƏYİB

İranın Sistan və Bəlucistan əyalətinin Kəhnuc-İranşəhr şəhərləri arasında yerləşən Pəng kəndi ərazisində iki bəluc İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Mersad” bölməsinin məmurları tərəfindən atəşə tutularaq öldürülüb.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, fəalların verdiyi məlumata görə, silahlı qüvvələrin pərakəndə yanacaq satışı ilə məşğul olan iki etnik bəlucun idarə etdiyi avtomobilə xəbərdarlıq etmədən atəş açıblar.

Nəticədə avtomobillər alışaraq partlayıb və avtomobildən çıxa bilməyən hər iki nəfər yanaraq ölüb.

Ölənlərdən birinin Aman Qənbərzehi olduğu bildirilsə də digər bəlucun kimliyi barədə məlumat verilməyib.

Xatırladaq ki, İranda yoxsulluq və işsizliyin son həddə çatdığı bir vaxtda ölkənin ən geri qalmış bölgəsi olan Sistan və Bəlucistanın əhalisi ailələrini dolandırmaq üçün pərakəndə yanacaq daşımağa məcbur olurlar.

 

Şərhlər bağlıdır.