İRAN VƏ ÇİN HƏRBİ ƏMƏKDAŞLIĞI İNKİŞAF ETDİRMƏK BARƏDƏ RAZILIĞA GƏLİBLƏR

Rəsmi Tehran və Pekin hərbi əməkdaşlığı inkişaf etdirmək, eləcə də təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.

Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Məhəmməd Baqeri Çinin müdafiə naziri Vey Fenqe ilə danışıqlardan sonra bildirib.

“Bugünkü (dünənki-red) görüşdə biz iki ölkənin Silahlı Qüvvələri arasında təlimlər, təcrübə mübadiləsi və şəxsi heyətin hazırlanması sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldik”, – Baqeri deyib.

Onun fikrincə, qarşılıqlı fəaliyyətin vəzifəsi hər iki ölkənin təhlükəsizliyini daha yaxşı təmin etməkdir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.