Təbrizdə çörək kəskin bahalaşdı

Təbriz şəhərində müxtəlif növ çörəklərin qiymətində ciddi bahalaşma qeydə alınıb.
Yerli media orqanlarının yaydığı məlumata görə, çörəyin növündən asılı olaraq qiymətlərdə 70 faizdən 105 faizə qədər artım müşahidə olunub.
Bildirilir ki, bahalaşma əsasən şəhərin çörək istehsalı və satış məntəqələrində özünü göstərib.
Qeyd olunur ki, bundan əvvəl Urmiya, Zəncan, Ərdəbil və Qəzvin şəhərlərində də çörək qiymətlərində oxşar artımlar baş vermişdi. (Asr Tabriz)

Şərhlər bağlıdır.