ƏRDOĞAN İSVEÇ VƏ FİNLANDİYA LİDERLƏRİ İLƏ DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin Baş naziri Maqdalena Andersson arasında telefon danışığı olub.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Telefon danışığı zamanı iki ölkə arasında münasibətlər və İsveçin NATO-ya üzvlük müraciəti müzakirə edilib.

Ərdoğan Türkiyənin NATO-nun açıq qapı siyasətini hər zaman tam dəstəklədiyini bildirib və həmrəyliyin həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından alyans daxilində əsas dəyər olduğuna diqqət çəkib.

Türkiyə lideri uzun müddətdir İsveçin terror təşkilatı PKK/YPG/PYD-nin nəzarəti altında olan şəxslər və sözdə təşkilatlarla təmaslarından narahat olduğunu ifadə edib. Həmçinin, FETÖ-nun İsveçdə varlığına və fəaliyyətinə də toxunub.

Bundan başqa, Ərdoğan İsveçin terror təşkilatlarına siyasi, maliyyə və silah dəstəyinə son qoyulmasının vacibliyini də vurğulayıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Finlandiya Prezidenti Sauli Niinistö arasında da telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.

Telefon danışığı zamanı iki ölkə arasındakı əlaqələr və Finlandiyanın NATO-ya üzvlük müraciəti müzakirə edilib.

Türkiyə Prezidenti NATO daxilində müttəfiq üçün təhlükə yaradan terror təşkilatlarına məhəl qoymayan anlayışın dostluq və müttəfiqlik ruhu ilə bir araya sığmadığını bildirib.

Ərdoğan bəyan edib ki, Türkiyənin milli təhlükəsizliyinə və xalqına açıq təhdidlə qanuni və qətiyyətli mübarizəsinə hörmət və dəstək gözləmək ən təbii haqqdır.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.