“MÜQƏDDƏS HÖRÜMÇƏK” İRAN HAKİMİYYƏTİNİ NİYƏ QƏZƏBLƏNDİRİB?

Azad İran yazır ki, may ayının 17-dən 28-nə qədər Fransada keçirilən 75-ci beynəlxalq Kann kinofestivalında bir İran filmi də uğur qazandı: rejissor Əli Abbasinin çəkdiyi “Müqəddəs Hörümçək” filmində oynadığı jurnalist Rəhimi obrazına görə məşhur İran aktrisası Zəhra Əmir-İbrahimi “qadın rolunun ən yaxşı ifaçısı” mükafatına layiq görüldü. Gözləmək olardı ki, dünyanın ən qədim və ən nüfuzlu kinofestivallarından birində qazanılan bu uğur aktrisanın vətənində də sevinc və təqdirlə qarşılanacaq, lakin bunun tam əksi baş verdi.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.