İranda yüzlərlə insan iqtisadi vəziyyətin pisləşməsinə etiraz edib.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, ABŞ sanksiyalarının vurduğu İran iqtisadiyyatının pisləşməsi və İran rialının ABŞ dollarına nisbətdə ucuzlaşması bir çox şəhərlərdə xalqın etirazına səbəb olub.
İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRNA) məlumatına görə, İsfahan əyalətinin Nəcəfabad vilayətində insanlar valyutanın dəyişməsi, əsas ərzaq məhsullarının qiymətlərinin artması və vergi dərəcələrinin artması səbəbindən küçələrə çıxıb, dükanlarını bağlayıblar.
İyunun 2-dən etibarən İran xalqının təşkil etdiyi nümayişlərə təhlükəsizlik qüvvələrinin sərt müdaxilə etdiyi bildirilir.
Yerli mənbələr bildirirlər ki, İran rialı dollar qarşısında ucuzlaşmağa davam etdikcə, ictimaiyyət etirazlarını davam etdirəcək.
Şərhlər bağlıdır.