SƏTTAR XAN HƏRƏKATININ 116 -CI İLDÖNÜMÜ MÜBARƏK OLSUN!
Qacar-çar müharibələri və onun məğlubiyyət nəticələri, Qacar sülaləsini islahatlar aparmağa düşündürdü.
Qacar və türk xalqları uğursuzluqların səbəblərini başa düşərək islahatların zərurətilə yanaşı, idarəçilik yolunda köklü islahatlara ehtiyacı dərindən başa düşdülər. Ona görə də İran Məmalike Məhrusə coğrafiyasında, Məşrutə hərəkatının yarandı.
Mozafaruddin Şah Qacar, Məşrutə fərmanına bu gün 14 Mordad 1285 ildə (4 avqust 1905) qol çəkdi.
Tehranda Milli Məclisin təşkililə, Azərbaycan Mücahid və Fədayilırinin səyilə əyalət və vilayət əncümənlərinin haqqında , qanun layihəsi hazırlandı, təsdiqləndi və həyata keçirilməyə başladı.
Mərkəzi hökumətin gücü məhdudlaşdı. Demək olar ki, ənənəvi İran mərkəzçiliyi öz yerini bu coğrafiyanın əhalisinin insani, siyasi və sosial quruluşuna uyğun gələn qeyri-mərkəzləşdirilmiş hökumətə verdi .
Bu da xalqların siyasi və sosial həyatında əsas səbəb oldu.
Lakin xarici dövlətlər öz mənafelərinin təmin edilməsi üçün müdaxilələri etdilər. Onlar həmçinin istibdad tərəfdarlarının köməyilə maneçilik yaradıb , Rıza Pəhləvinin çevrilişinin təşkil etdilər. Nəticəsində 1299 ildə (1920) Məşrutə inqilabı uğursuz oldu və uzun illər qarşıya üoyulan məqsədlər ləngidir. Buna baxmiyaraq bu axın ictimai-siyasi qüvvələrin o cümlədən Azərbaycan Demokrat Firqəsi tərəfindən bu günə dək arası kəsilmədən davam edir. Yolumuz davamlı, bayramımız mübarək olsun!
Beyrək
Şərhlər bağlıdır.