VİDADİ MUSTAFAYEV:

QEYD

Bu günlərdə  öz təxribatçı çıxışı ilə Azərbaycanda fəaliyyət göstərən bəzi  media qurumlarının ən çox  etirazlarına səbəb olan şəxsin soy adı ZÖHRƏVƏNDdir.

İttilaat (Milli təhlükəsizlik/kəşfiyyat) nazirliyinin yetirməsi olan bu şəxs Baş konsul, birinci dəfə 3 il (İtaliyada), ikinci dəfə 1 ildən bir qədər çox (Əfqanıstan) səfir vəzifəsində işləyib. Missiyasına uyğun olaraq  daha çox araqarışdırmaqla məşğul olub və uğursuz diplomat hesab edilir. İndi isə bir cox sahələrdə ekspert kimi fəaliyyət göstərir.

O, İranda da  daim qalmaqal yaratmağı ilə tanınır. Həmin təxribatçı şəxs İran hökumətinin deyil, İranda mövcud olan çoxsaylı  qərar qəbuletmə mərkəzlərinin,  bir sıra davakar qruplarının mövqeyini əks etdirir. İran hökumətinin mövqeyini Xarici işlər Nazirliyi bəyan və əks etdirir.

Maraqlıdır ki, hələlik İranın rəsmi qurumlarından həmin şəxsin təxribat  xarakterli və düşmənçilik  yaradan çıxışlarına   münasibət bidirilməyib. Güman etmək olar ki, İran tərəfi həmin  şəxsin  təxribatçı çıxışnda səsləndirilən qeyri-etik ifadələrə  və ərazi iddialarına  Azərbaycan mediasınn  reaksiyasını  öyrənmək istəyr.

Şərhlər bağlıdır.