AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN MƏRKƏZİ KOMİTƏSİNİN BƏYƏNATI

Əziz həmvətənlər!

Bildiyiniz kimi, İranda 20 sentyabr 2022-ci (29 şəhrivər 1401-ci il) ilin günündən başlayaraq, geniş etirazlar müxtəlif şəhərlərdə başlanıb. Etirazların başlama bəhanəsi Saqqız şəhərində 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülüb, öldürülməsi və eyni zamanda onun torpağa tapşırma mərasimində iştirakçılara qarşı, polisin atəş açması olmuşdur. Azərbaycan Demokrat Firqəsi dəfələrlə xəbərdarlıq etmişdir ki, İranda gedən hökumət zorakılığı və kütlələrin, müxtəlif xalqların probleminin yığışıb qalması, bir sözlə, insanların boğaza yığılması partlayışa gətirib çıxardacaq. Nəhayət bu partlayış 20 sentyabrda baş verdi. Bütün şəhərlərdə polislə vətəndaşlar arasında toqquşma başlayıb, hələ də davam edir.

Əhali tərəfindən çoxlu insanların yaralanması, hətta bir neçə nəfərin ölmə xəbəri, sosial şəbəkələrdə yayılmışdır. İranın səksəndən çox böyük şəhərlərində etirazların genişlənməsi, dünya mediyasında öz əksini tapmışdır. Vətənimiz Güney Azərbaycanın Təbriz, Urumiyə, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərənd, Miyana, Sərtəşt, Xoy və Səlmasdan… aldığımız xəbərlərə əsasən soydaşlarımız xiyabanlara tökülüb, bir səslə “Azadlıq, Ədalət, Milli Hökumət” şüarını yüksək şövqlə səsləndirirlər. Xalqımız, Azərbaycan Milli Hökumətini yenidən bərpasını tələb edərək, öz tarixi mübarizə ənənələrinə söykənərək, yarımçıq qalmış tarixi vəzifəni yerinə yetirmək üçün öz iradəsini ortaya qoyub.

Qəhrəman xalqımız insan haqları çərçivəsində, beynəlxalq hüquqa müvafiq olaraq, qadın hüquqlarına xüsusi əhəmiyyət verir. Böyük həvəslə “qadın, kişi əl-ələ zülmün başın əzməyə” şüaırını dəfələrlə müxtəlif şəhərlərdə səsləndiriblər. Azərbaycan ərənləri, igid qız- gəlinləri hicabdan azad olsun şüaırını dünyaya hayqırırlar. Xalqımız “Azərbaycan var olsun, istəməyən kor olsun” şüaırını keçmişdəki kimi həmişə Azərbaycanı istəməyənlərə qarşı meydanda uca səslə səsləndirirlər.

Əziz həmvətənlər! Azərbaycan Demokrat Firqəsi 1357-ci ilin Bəhmən inqilabında, şah diktatorluğuna qarşı mübarizəyə qalxdı. Yeni gələn hakimiyyətə və konustitusiyaya müsbət səs verdi. Azərbaycan Demokrat Firqəsi açıq fəaliyyəti dövründə, dəfələrlə hakimiyyətin verilən vədələrə əməl edilməsini, konstitusiyanın həyata keçirilməsini və inqilabın hədəfləri istiqamətində cəmiyyətin idarə olunmasını tələb etdi. Eyni zamanda azərbaycanlıların milli, mədəni, ictimai və iqtisadi həyatında böyük nöqsanlar  şah rejimindən irsən qalmışdı, aradan qaldırılması barədə öz proqramlarını irəli sürmüş və hakimiyyətdən onların həlli barədə şərait yaratmağını istəmişdi. Təəssüflər olsun ki, İran rejimi heç bir qanuna, qaydaya və verdiyi vədəyə bü günədək əməl etmir. Onun cavabı firqəçilərə ancaq güllə, həbs və zindan oldu. Beləki bütün kütlələri, o cümlədən Azərbaycan xalqını inqilabdan və hakimiyyətdən məyus etdi.

Bu gün Azərbaycanda Urmu gölünün quruması, Azərbaycan xalqını ekosistem faciəsi ilə qarşı-qarşıya qoyub. Milli eitimdən xəbər-ətər yoxdur. Korrupsiya və infllasiya baş alıb gedir. İşsizlik, evsizlik, ərzaq qıtlığı Azərbaycan bütün şəhərlərində və digər məntəqələrdə tüğyan edir.

Baş verən təbii fəlakətlər qarşısında İran rejimi acizdir. Ancaq rejim məsulları yeraltı- yerüstü sərvətləri, Azərbaycanın qızılını, misini, qiymətli dəmirlərini, meşə sərvətlərini qarət etməkdən başqa bir işi yoxdur. Üstə gəl müxtəlif bəhanələrlə küçədə, bazarda, xalqın evlərinin içində hicab bəhanəsi ilə hücum edib, onları döyür, söyür, həbs edib cərimə eləyir. Milli fəallara və Azərbaycan Demokrat Firqəsinin üzvləriən, hansı ki, türk dilində mədrəsə, olmalıdı hər kəsə tələbini irəli sürənlərə uzun müddətli həbs cəzası nəsib olur.

Təbii ki, bu kimi açıq zorakılıqlar xalqı bezdirib. İran rejimi Azərbaycan türklərinə, ərəblərə, bəluçlara, kürdlərə və türkmənlərə qarşı tam irqiçilik, nasisti və faşist siyasəti tətbiq edir. Məmləkətin bütün sərvətlərini fars zonalarında sərmayə qoyub, abadlaşdırır. Qeyri-fars millətlər, yoxsulluq və işsizlik səbəbindən kütləvi mühacirət getdikcə artır, bir tikə çörək üçün üz tutub, yurd-yuvalarını tərk edirlər. Təbii ki, bu kimi zülm altında yaşamaq davam edə bilməz. Elə ona görə bir məzlum qızın ölümü səksən milyon əhalinin küçələrə tökülməsinə səbəb olmuşdur.

Cana doymuş Azərbaycan cavanlarının şüarları “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” deyə Azərbaycan üçün sinələrini güllə qabağına verirlər.

Əziz Həmvətənlər! Azərbaycan Demokrat Firqəsi minlərlə şəhid verməklə, millətimizin hüquqlarını həmişə müdafiə etmişdir. Xalqımızla bərabər ön sıralarda mübarizə edir. Bu gün hamımız birlikdə “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə, zəngin tarixə malik olan Vətənimizin idarəsini əldə edə bilərik. Bütün böhranları həll edib, millətimizi rifaha, şən, firəvan həyatda yaşamağa, mədəniyyətimizi çiçəkləndirməyə qadirik.

Biz birlikdə milli, mədəni mübarizəmizi, Azərbaycanın Milli Məclisini və Milli Hökumətini bərpa edənədək davam edəcəyik.

Yaşasın Azərbaycan Demokrat Firqəsi! Yaşasın Azərbaycan milləti! Zəfər çalsın İranda zülm altında yaşayan millətlərin mübarizəsi! Milli azadlıq yolunda “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə irəli, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi

Azərbaycan Demokrat Firqəsi
21 sentyabr 2022-ci il (30 şəhrivər 1401- ci il)

Şərhlər bağlıdır.