BAKIDA İRAN SƏFİRLİYİ QARŞISINDA AKSİYA

İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirilib.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, aksiya iştirakçıları İranda son günlər baş verən hadisələrə etirazlarını bildiriblər.

Aksiya iştirakçıları səfirlik qarşısında öz bəyanatlarını səsləndiriblər. Bəyanat səfirlik əməkdaşına təqdim olunub.

Onlar “Cənubi Azərbaycana azadlıq!”, “Rədd olsun molla rejimi!”, “İrana ölüm olsun!”, “Rədd olsun diktator!”, “Molla rejimi, qətliamı dayandır!”, “Azadlıq-Ədalət-Milli hökumət” şüarları ilə çıxış ediblər.

Polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.

Şərhlər bağlıdır.