TEHRANDA SİLAHLI ŞƏXSLƏR UNİVERSİTETƏ ​​ATƏŞ AÇIB, XƏSARƏT ALAN VAR

Naməlum şəxslər İranın paytaxtı Tehranda yerləşən “Əllame Təbatəbai” Universitetini atəşə tutub.

TASS xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, hücum edənlər universitet işçilərindən birinə atəş açıblar, bundan sonra hadisə yerindən qaçıblar. Zərərçəkən xəstəxanaya çatdırılıb, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edilir ki, silahlı şəxslər bir müddət həmin şəxsi təqib ediblər, ona atəş açan şəxsin üzü maskalı olub.

Cinayətkarların kimliyi hələ müəyyən edilməyib. Hadisənin mümkün səbəbləri barədə məlumat verilmir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.