ƏHVAZ LİDERİ 4 İLDİR Kİ, ÖLÜM HÖKMÜ ALTINDADIR

“Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın keçmiş lideri Həbib Çaab 4 ildir ki, edam hökmü altındadır.

Ötən bazar günü Tasnim agentliyinin yaydığı məlumata görə bu hökm yenidən qüvvədə saxlanılır. Son proses təqsirləndirilən şəxslərin apelyasiya şikayəti əsasında başlanıb.

Belə ki, məhkəmə keçmiş liderin işinə baxıb və proses nəticəsində Çaabın edam hökmünün qüvvədə qalması və yekun elan edilməsi barədə qərar qəbul edib. O, separatçı qruplaşmaya rəhbərlik etməkdə, həmçinin Xuzistan əyalətində (İslam Respublikasının cənub-qərbində) “çoxsaylı terror əməliyyatları” təşkil etməkdə ittiham olunur.

Qeyd edək ki, Çaabın rəhbərlik etdiyi “Əhvazın Azadlığı üçün Ərəb Hərəkatı” 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində hərbi parada hücum da daxil olmaqla, bir sıra terror aktları həyata keçirib. Agentliyin yaydığı məlumata görə, bu hadisələrdə 25 vətəndaş, o cümlədən biri uşaq həlak olub, daha 269 nəfər yaralanıb.

Şərhlər bağlıdır.