ƏRDƏBİLDƏ ZƏHƏRLƏNƏN BİR SIRA MƏKTƏBLİLƏRİN DURUMU NARAHATEDİCİDİR

Ərdəbilin Merac məktəbində zəhərlənməyə məruz qalan bir sıra şagirdlərin vəziyyəti valideynlərini və ictimaiyyəti narahat edib. Bu uşaqlar şəhərdəki Xomeyni xəstəxanasına yerləşdirilib. Xəstəxanadan yayımlannan videoda məktəblilərə kimyəvi hücumlardan sonra öyrəncilərdən dördünün zəhərlənərək xəstəxanaya yerləşdirildiyi və onların valideynlərindən birinin kinayə ilə səlahiyyətlilərə müraciəti yayımlanıb: “Cənab vali, uşaqlarımızın əl-ayağının vəziyyətinə baxdığınız üçün sağ olun, Allah sizə uğur versin, namaz qılın, oruc tutun, ölkəmizin vəziyyəti belədir, varlıqlarımızın vəziyyəti belədir”.

Qeyd edək ki, Ərdəbilin Merac məktəbi 4 dəfə kimyəvi hücuma məruz qalıb və burada indiyədək heç bir təhlükəsizlik tədbiri həyata keçirilməyib. Müvəkkillər və rəsmilər öyrəncilərin zəhərlənməsi xəbərinə heç bir reaksiya verməyib.

Onu da deyək ki, İranda tələbə və məktəblilərin zəhərlənməsi barədə xəbərlər mediaya bu ilin noyabrından sızdırılıb. Onda Nur məktəbinin 18 qız öyrəncisi zəhərlənib və bundan sonra İranın başqa şəhərlərindən, o cümlədən Brucerd və Tehrandan xəbərlər yayımlanıb. 1 Mart 2023-dən sonra Azərbaycanın bir çox şəhərində bu zəhərlənmələr baş verib və hələ də davam edir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.