MÜƏLLİM VƏ DİN XADİMİ 34 İLDƏN SONRA İŞDƏN QOVULDI

İranda etirazçıların tərəfdarı olan sünni din xadimlərinə hökumətin təzyiqləri artıb.

İranın Bəlucistan bölgəsində insan haqlarının pozulması ilə bağlı xəbərləri işıqlandıran “Rasank” saytının Teleqram kanalı sünni müəllim və din xadiminin Bircənd şəhərində təhsil sahəsində 34 il xidmətdən sonra işindən qovulduğunu bildirib.

Aprelin 13-də “Rasank” yazıb ki, Əlireza Əsgəri Dərmiyan fevral ayında Bircənd şəhərinin Kəşfiyyat İdarəsinin təzyiqi ilə vəzifəsindən çıxarılıb və təhsil sahəsində hər hansı fəaliyyətinə qadağa qoyulub.

Bu sünni dini müəllim ötən ilin sentyabrında etirazlar zamanı heç bir məhkəmə qərarı olmadan həbs edilmiş və sonradan girov qarşılığında buraxılmışdı.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.