Ərdəbildə qəzalı məktəblərin statistikası açıqlanıb

Ərdəbil əyalətində məktəb çatışmazlığı yaşanır və mövcud olan məktəblərin
çoxu qəzalı və istifadəyə yararsız vəziyyətdədir.
Bu barədə Ərdəbil əyalətinin Təhsil İdarəsinin başçısı Kəlamullah Səfəri açıqlama verib.
O, əyalətdə 3661 sinif otağından ibarət 750 məktəbin qəzalı vəziyyətdə və onların yernidən
qurlmasına ehtiyac olduğunu deyib.
Səfərinin sözlərinə görə, ölkə səviyyəsində ortalama standarta yaxınlaşmaq üçün Ərdəbil
əyalətində 6500 yeni sinif otağı inşa edilməlidir.
Qeyd edək ki, uzun illərdir Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və
köhnə məktəblərin təmiri üçünı vəsait ayırmadığını deyirlər.
Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi çox hallarda
yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.