İran İsveçə etirazını bildirmək üçün bu ölkənin İrandakı müvəqqəti işlər
vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildriilib ki, diplomat İranı İsrailə qarşı fəaliyyət göstərən terrorçuları cəlb
etməkdə ittiham etdiyi üçün XİN-ə çağırılıb.
Bundan əvvəl isveçli deputat Markus Vichel “avtoritar dövlətlərin yaratdığı
təhlükələrə” qarşı tədbir görülməsinin vacibliyini bəyan edib.
Xatırladaq ki, bir neçə gün əvvə İsrail və İsveç İranın Avropadakı cinayət
şəbəkəsini ifşa edilər.
İki ölkənin təhlükəsizlik xidmətlərinin verdiyi məlumata görə, İran İsveç və
digər Avropa ölkələrindəki cinayət şəbəkələrindən İsrail səfirliklərinə və
vətəndaşlarına, qruplara və ya şəxslərə qarşı zorakılıq aktları həyata
keçirmək üçün istifadə edir.
Bildirilib ki, İranın istifadə etdiyi cinayət şəbəkəsi İsrail vətəndaşları və
yəhudilərlə yanaşı, İsveçdə yaşayan və Tehran hakimiyyətinə müxalif olan
mühacir iranlıları da hədəf alır.
Paris Olimpiadasının vaxtı yaxınlaşdıqca, İsrailin kəşfiyyat xidmətləri, o
cümlədən Mossad, Şin Bet, bu ölkənin hərbi kəşfiyyatı və Milli Təhlükəsizlik
Şurası İranın Avropadakı İsraillilər və yəhudilərə qarşı ələ aldığı cinayət
şəbəkələri vasitəsilə terror planları hazırladığını bildiriblər.
İsrail mediasının məlumatına görə, İsrail təşkilatları avropalı həmkarları ilə
əməkdaşlıq edərək, Avropa ərazisində son vaxtlar həyata keçirilən bir neçə
terror aktının arxasında İrana bağlı “FOKSTROT” və “RUMBA” adlı iki
cinayət şəbəkəsini müəyyən ediblər.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.